18 yaşlı gənc məşhur həkimi bıçaqladı - dişi keyləşmədiyi üçün

18 yaşlı gənc məşhur həkimi bıçaqladı - dişi keyləşmədiyi üçün
Dünya

19 sentyabr 2019, 00:52

Mətn ölçüsü

Bursada 18 yaşlı Mert.D dişini çəktirmək üçün getdiyi xəstəxanada Hamdi Gören adlı həkimi sinəsindən bıçaqlayıb. 
News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 18 yaşlı gənc saxlanılıb. Yaralı həkim isə xəstəxanaya aparılıb. Hazırda onun durumunun normal olduğu bildirilib.  
Bildirilib ki, gəncin dişini çəkmək üçün həkim ona keyləşdirici iynə vurub. 
İynənin təsir etmədiyini görən həkim ona ikinci dəfə iynə vurub. 
Növbəti iynədən sonra da dişinin keyləşmədiyini görən Mert.D həkimlə mübahisə edib.
Mübahisənin böyüməsiylə Mert.D həkimi bıçaqlayıb. 
Xəstəxana işçiləri polisə və təcili yardıma məlumat verib.