Gecədən səhərədək 41 yeraltı təkan -İSTANBUL GECƏ DƏ SİLKƏLƏNDİ
    • 27-09-2019, 09:58
    • 1 032

Gecədən səhərədək 41 yeraltı təkan -İSTANBUL GECƏ DƏ SİLKƏLƏNDİ

Ötən gün İstanbulda baş verən 5,8 bal gücündəki zəlzələdən sonra yeraltı təkanlar davam edib.

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, şəhərdə gecədən səhərə qədər 41 yeraltı təkan qeydə alınıb. 

Yerli vaxtla 23:20-də 3,9 bal gücündə baş verən zəlzələnin ardından yeraltı təkanlar təkrarlanıb. Sonuncu zəlzələ isə səhər saat 08:08-də 3,2 bal gücündə olub. 

Sakinlər gecəni parklarda keçiriblər.