240 metrlik nəhəng... - O, rekord qırır
Dünya
Dünyanın ən hündür heykəli 240 metrdir.
News24.az Hindistanda yerləşən bu nəhəng abidə “Statue of Unity” (Birlik Heykəli) adı ilə tanınır. Sardar Vallabhai Patelin şərəfinə ucaldılan heykəlin hündürlüyünə onun dəstəkləyici hissəsi də aid edilir.
Heykəl Hindistanın Gücatat əyalətində, Narmada çayı üzərindəki adada yerləşir. Qeyd edək ki, Sardar Vallabhai Patel sözügedən ölkənin müstəqillik dövründə birliyi qorumaqda əsas rol oynayan liderlərdən biri olub və heykəl onun xidmətlərini və Hindistanın vahidliyini simvolizə edir.
“Statue of Unity” 2018-ci ildə açılıb və həm turistlər, həm də tədqiqatçılar üçün böyük maraq mərkəzi olub.