SON DƏQİQƏ! Xalq artisti vəfat etdi
    • 28-09-2019, 18:07
    • 840

SON DƏQİQƏ! Xalq artisti vəfat etdi

Bu gün səhər saatlarında Lenkom Teatrının direktoru, görkəmli rus rejissoru və SSRİ xalq artisti Mark Zaxarov vəfat edib.

News24.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə teatrın direktoru Mark Varşevar məlumat verib. O bildirib ki, dəfn və vida mərasimin təfərrüatları daha sonra məlum olacaq.

Mark Zaxarov 46 il Lenkom Teatrına rəhbərlik edib. Ən məşhur əsərlərindən biri də "Juno və Avos” rok operasıdır. Zaxarov həm də rejissor kimi tanınır - "Обыкновенное чудо", "Тот самый Мюнхгаузен", "Двенадцать стульев" və s. bu kimi filmlərində işləmişdir. Onun bir çox filmləri Rus kinosunun qızıl fondunda saxlanılır.

Qeyd edək ki, rejissorun 85 yaşı var.