Berenin fransız diceylə yeni şəkilləri yayıldı

Berenin fransız diceylə yeni şəkilləri yayıldı
Dünya

30 sentyabr 2019, 21:44

Mətn ölçüsü

Müğənni Kənan Doğulu ilə gah boşanma, gah da barışıq xəbərləri yayılan aktrisa Beren Saatın fransız dicey Maqa ilə yeni fotoları yayılıb.


News24.az xəbər verir ki, aktrisa ilə diceyin şəkilləri Çeşmə tətili zamanı çəkilib. Beren iyulda Çeşmədə Əsra Dərmancıoğlu və Gülcan Arslanla dincələrkən Maqa da onların yanında olub. Aktrisanın onunla səmimi davranışları diqqət çəkib.


Xatırladaq ki, bundan əvvəl də Berenlə Maqanın gecə klubunda çəkilmiş fotosu yayılmış, aktrisa sonradan şəkildəkinin özü olduğunu etiraf etmişdi. Onlar artıq İnstaqramda da bir-birlərini izləməyə başlayıblar.