Xalq artistindən YENİLİK - FOTOLAR - VİDEO
    • 1-10-2019, 17:55
    • 780

Xalq artistindən YENİLİK - FOTOLAR - VİDEO

Azərbaycanın Xalq artisti Emin Ağalarov daha bir yeniliyə imza atıb.

News24.az xəbər verir ki, Ağalarov Bahh Tee ilə birgə yeni layihə ərsəyə gətiriblər. Onlar "Parami" adlı mahnıya klip çəkdiriblər. Ekran əsərinin rehissorluğu Yevgeni Abdel-Fattaha məxsusdur. Sözügedən mahnı oktyabrın 4-də Bahh Tee-nin albomuna daxil olacaq.

Xalq artisti tərəf müqabili haqqında danışıb: "Bahh Tee çox istedadlı ifaçı və müəllifdir. Bizim dostluğumuz 2016-cı ildə "Сбежим в Баку" mahnısı zamanı başlayıb. Mahnını mənim üçün Bahh Tee yazıb. O, ifaçını hiss etməyi, nəyin təqdim edilib-edilməyəcəyini hiss edə bilir" deyə, Emin vurğulayıb.
Mahnı haqqında danışan Bahh Tee isə "Əsas odur ki, biz lazım olduğu üçün yox, istədiyimiz üçün duet oxuduq. Onu yazanda Emini gördüm, onun səsində təsəvvür etdim. Maraqlı və rəngarəng alındı".

Bahh Tee isə öz növbəsində: "Əsas odur ki, biz lazım olduğu üçün yox, istədiyimiz üçün duet oxuduq. Onu yazanda Emini gördüm, onun səsində təsəvvür etdim. Maraqlı və rəngarəng alındı" deyə cavab verib.

Qeyd edək ki, "Parami" mahnısına çəkilən klip hər iki ifaçının "Youtube" səhifəsində paylaşılıb.

Sevda Bayramova