İranda rusiyalı xanım jurnalist saxlanıldı - 10 İLƏDƏK HƏBS
    • 4-10-2019, 12:58
    • 681

İranda rusiyalı xanım jurnalist saxlanıldı - 10 İLƏDƏK HƏBS

İranda rusiyalı jurnalist həbs olunub.

News24.az xəbər verir ki, İrana dəvət olunan Yuliya Yuzikin öncə passportu hava limanında əlindən alınıb, bir müddət sonra isə qaldığı otel otağının qapısı İslam İnqilabı Keşikçiləri Korpusunun üzvləri tərəfindən sındırılıb və o, polis bölməsinə aparılıb. 

Həmkarlarından birinə zəng edən Y.Yuzik onun İsrailin Xususi Xidmətləri ilə əlbir olmaqda günahlandırıldığını deyib. Hakim qarşısına çıxarılacaq jurnalistin 10 ilədək həbs olunacağı bildirilir.