İngiltərədə ikimərtəbəli avtobus aşdı - Video
    • 5-10-2019, 18:52
    • 654

İngiltərədə ikimərtəbəli avtobus aşdı - Video

İngiltərənin Devon qraflığında A385 şossesində ikimərtəbəli avtobus aşıb.

News24.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 10-dan çox insan xəsarət alıb. Onlardan biri ağır vəziyyətdədir.

İnsident baş verən yerə təcili yardım maşınları və xilasedici vertolyot cəlb olunub. Qəzanın səbəbləri araşdırılır, şossenin qeyd olunan ərazisində nəqliyyatın gediş-gəlişi məhdudlaşdırılıb.