BMT-də maliyyə böhranı -
    • 9-10-2019, 09:59
    • 671

BMT-də maliyyə böhranı - "MAAŞ VƏ DİGƏR XƏRCLƏRİ ÖDƏMƏK ÜÇÜN..." - BAŞ KATİB

Birləşmiş Millətlər Təşkilatı maliyyə böhranı içindədir.

News24.az BMT Xəbər Mərkəzinə istinadən bildiri ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterres məlumat verib.

Gələn il üçün BMT büdcəsi 2,94 milyard dollar təşkil edir. İlk dəfə olaraq büdcə iki ili deyil, bir ili əhatə edir. A.Quterres bildirib ki, iqtisadi problemə görə, xərcləri azaltmaq, işçilərə ezamiyyətdən imtina etmək, zərurət olduqda boş yerləri "dondurmaq" və planlaşdırılan tədbirləri ləğv etməyə məcbur qalıblar.

BMT baş katibi qeyd edib ki, heç də bütün ölkələr üzvlük haqqı ödəmir. Hazırda 193 ölkədən 129-u ödəniş edib. İl demək olar ki, sona çatır və nəzərdə tutulan gəlirin yalnız 70 faizi büdcəyə ödənilib.

Maaş və digər xərcləri ödəmək üçün BMT sülhməramlı əməliyyatlar üçün ayrılan büdcəyə müraciət edilir.

Antonio Guterres qeyd edib ki, bu mənbə də demək olar ki, bitib: "Bu ay son on ildə ən böyük maliyyə böhranı ilə üzləşəcəyik. Sülhməramlı əməliyyatlar üçün nəzərdə tutulmuş pul ehtiyatlarının tamamilə tükənməsi riski var. Noyabrda əmək haqqı ödəyə biləcək büdcəmiz olmayacaq".