Şəhər merinin başına oyun açdılar - MAŞINA BAĞLAYIB, KÜÇƏDƏ... - ŞOK VİDEO
    • 9-10-2019, 13:15
    • 695

Şəhər merinin başına oyun açdılar - MAŞINA BAĞLAYIB, KÜÇƏDƏ... - ŞOK VİDEO

Şəhər merini maşına bağlayıb, küçədə sürüyüblər.

News24.az "TASS"-a istinadən xəbər verir ki, hadisə Meksikada yaşanıb. Çiapas əyalətinin Las Marqaritas bələdiyyəsinin başçısı Xorxe Eskandon yerli sakinlərin hücumuna məruz qalıb.

Sakinlərdən biri məmuru yük maşınına bağlayaraq küçələrdə sürüyüb. Hadisə polis müdaxiləsindən sobra başa çatıb. Araşdırma zamanı münaqişəyə səbəb sakinlərin merin fəaliyyətindən narazılığı olub.

İlkin məlumata görə,Xorxe Eskandon çoxsaylı müraciətlərdən sonra yolları təmir edəcəyini bildirsə də, sözünü tutmayəb. Xəstəxanaya yerləşdirilən merin həyatı təhlükəsinin olmadığı bildirilib. X.Eskadonla yanaşı 11 nəfər də xəsarət alıb.

Hadisə ilə bağlı 30 nəfər saxlanılıb.