250 dollarlıq əskinas çıxacaq? – Vaşinqtondan diqqətçəkən açıqlama

250 dollarlıq əskinas çıxacaq? – Vaşinqtondan diqqətçəkən açıqlama Dünya

ABŞ maliyyə naziri Skott Bessent “Washington Post”un Trampın 250 dollarlıq əskinas çıxarmaq barədə planlarından yazdığı məqaləni sərt tənqid edib. 

News24.az xəbər verir ki, nazir yazı barədə “bərbad yazılıb, bərbad redaktə edilib” fikirlərini səsləndirib.

Bununla yanaşı, Bessent bildirib ki, belə bir əskinas Konqresin icazəsi ilə mümkündür və Maliyyə Nazirliyi buraxılışa çox öncədən hazırlıq görməlidir.

Xatırladaq ki, daha əvvəl “Washington Post” üzərində ABŞ Prezidenti Donald Trampın şəklinin əks olunduğu 250 dollarlıq əskinasların çap ediləcəyini yazıb. (Globalinfo.az)