MDB Dövlət Başçıları Şurasının iclası keçirilir - İLHAM ƏLİYEV ÇIXIŞ ETDİ- YENİLƏNDİ
    • 11-10-2019, 11:46
    • 851

MDB Dövlət Başçıları Şurasının iclası keçirilir - İLHAM ƏLİYEV ÇIXIŞ ETDİ- YENİLƏNDİ

Oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası olub.

News24.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını salamlayıb.
Sonra birgə foto çəkdirilib.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov qonaqları salamlayıb və iclasın işinə uğurlar arzulayıb.
Daha sonra MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev Şuranın iclasının gündəliyi barədə məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış edib.

***
10.56

Aşqabadda MDB dövlət başçılarının sammiti keçirilir.

News24.az "RİA"-ya istinadən xəbər verir ki, MDB Dövlət Başçıları Şurasının iclası Türkmənistanın paytaxtında liderlərin görüşü ilə başlayıb.

Sammitin gündəliyinə növbəti iclasın keçirilməsi barədə qərar qəbul edilməsi, həmçinin birliyin gələcək sədrinin seçilməsi daxildir.
Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edir.

Eyni zamanda Rusiya prezidenti Vladimir Putin, forumun ev sahibi olan ölkənin lideri Qurbanqulu Berdimuhamedov, Ermənistanın baş naziri Nikol Paşinyan, Belarusiya lideri Aleksandr Lukaşenko, Qırğızıstan rəhbəri Sooronbay Jeenbekov, Qazaxıstan rəhbəri Kasım-Jomart Tokayev, Moldova prezidenti İqor Dodon və həmçinin Tacikistan və Özbəkistan liderləri Emoməli Rəhmon və Şavkat Mirziyoyev iştirak edir.

MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən iclasından sonra bir sıra çoxtərəfli sənədlərin, o cümlədən Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi ilə əlaqədar birlik xalqlarına və dünya birliyinə müraciətin imzalanması planlaşdırılır.