Türkiyəli müğənninin çağırışına CAVAB GƏLDİ
    • 11-10-2019, 12:29
    • 869

Türkiyəli müğənninin çağırışına CAVAB GƏLDİ

Türkiyənin məşhur rok ifaçısı Haluk Levent xərçəng xəstəliyindən əziyyət çəkən azərbaycanlı Sura Nadirovaya görə Bakıda konsert verəcək.

News24.az bildirir ki, ifaçı bu barədə sosial şəbəkədə yazıb: "Azərbaycan Suraya səssiz qalmadı. Onun sağalması üçün bütün qapıları açdı. Komandamız iki gün əvvəl Bakıya dəvət edildi. "Nargis Fond"un təşkilatçılığı ilə dekabrın 7-də Bakıdakı "Elektra Events Hall"da konsertim baş tutacaq. Bütün Azərbaycan xalqını gözləyirəm. Sura bu bəladan xilas olacaq". 

Sevda Bayramova