Putin Ərdoğanı Rusiyaya dəvət etdi

Putin Ərdoğanı Rusiyaya dəvət etdi
Dünya

16 oktyabr 2019, 01:55

Mətn ölçüsü

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin telefon danışığı olub.
News24.az “Hürriyet”ə istinadən xəbər verir ki, tərəflər Türkiyə-Rusiya münasibətləri, “Sülh Çeşməsi” hərəkatı, terrorla mübarizə və Suriyada siyasi problemlərin həlli məsələlərini müzakirə ediblər.
Putin telefon danışığı zamanı Ərdoğanı Rusiyaya işgüzar səfərə dəvət edib. Ərdoğan bu təklifi qəbul edib.