2544 hərbçinin ölümünə COVID-19 vaksinləri səbəb olub? - ABŞ-də araşdırma
Dünya
ABŞ-nin səhiyyə naziri Robert Kennedi və Pentaqonun rəhbəri Pit Heqseth amerikalı hərbçilərin ölümünün COVID-19 vaksini ilə əlaqəli olub-olmadığını araşdırırlar.
News24.az xəbər verir ki, bu barədə “Politico” nəşri hərbi həkim Tereza Lonqun məhkəmədə verdiyi ifadələrə istinadən məlumat yayıb.
Lonqun sözlərinə görə, o, COVID-19 vaksini vurulduqdan sonra hərbçilərin ölümü ilə bağlı 2 544 təsdiqlənməmiş məlumatı araşdırır.
Hərbi həkim Virciniya ştatının federal məhkəməsində bildirib ki, 2021-ci ildə Prezident Co Bayden ABŞ hərbçiləri üçün COVID-19 vaksinasiyasını məcburi edib. O qeyd edib ki, hazırda hərbçilərin ölüm hallarının vaksinlə əlaqəli olub-olmadığını müəyyənləşdirmək məqsədilə səhiyyə naziri Robert Kennedi və müdafiə naziri Pit Heqsethlə əməkdaşlıq edir.
Nəşrin məlumatına görə, Tereza Lonq araşdırmanı bir il ərzində başa çatdırmağı planlaşdırır.