İdman zalından 50 min oğurlamaq istəyən MƏŞHUR AKTRİSA HƏBS OLUNDU
    • 16-10-2019, 16:20
    • 939

İdman zalından 50 min oğurlamaq istəyən MƏŞHUR AKTRİSA HƏBS OLUNDU

Teatr və kino aktrisası Olqa Yurasova paytaxt Moskvada idman mərkəzlərindən birində oğurluq edərkən cinayət başında yaxalanıb.

News24.az REN TV-yə istinadən xəbər verir ki, oğurluq haqda şikayətlər iyun ayından etibarən başlayıb. İdman zalının müştəriləri soyunma otağında qoyduqları əşyaların itməsinə görə etirazlarını bildiriblər.

Oğrunu tutmaq üçün fitnes mərkəzində müşahidə kameraları quraşdırılıb. Aktrisa təxminən 50 min rubl (14 min AZN) oğurlamaq istəyərkən tutulub.

O.Yurasova əməlini etiraf edib və cinayət məsuliyyətinə cəlb olunub.

Olqa Yurasova Aleksey Maklakovun oynadığı "Əsgərlər" serialındakı obrazı sayəsində şöhrət qazanıb.