256 sərnişin daşıyan təyyarə palçığa batdı - Uçuş ləğv edildi
Dünya
256 sərnişin daşıyan “British Airways” təyyarəsi palçığa batıb.
News24.az “PYOK” portalına istinadən xəbər verir ki, hadisə London hava limanlarından birində baş verib.
Belə ki, “Boeing 787-10 Dreamliner” tipli təyyarə hərəkət zolağından kənara çıxaraq otlu sahəyə düşüb və yerə batıb.
Nəticədə, Laqosa həyata keçirilməli olan uçuş pozulub və sonradan ləğv edilib. Sərnişinlər təyyarədən təxliyə edilərək avtobuslarla terminala aparılıblar. Xəsarət alan olmayıb.