"Narahat və yad" - Cared Leto "Coker"in çəkilişlərinə MANE OLMAQ İSTƏDİ
    • 21-10-2019, 11:17
    • 1 194

"Narahat və yad" - Cared Leto "Coker"in çəkilişlərinə MANE OLMAQ İSTƏDİ

İzlənmə rekordları qıran "Coker" filmi ilə bağlı yeni məlumat yayılıb. 

News24.az "The Hollywood Reporter"-a istinadən xəbər verir ki, bundan öncəki "Coker" obrazını canlandıran aktyor Cared Leto son ekran işində yer almaması onu məyus edib. 

Qeyd olunub ki, aktyor hazırda özünü narahat və hər kəsə yad sayır. Filmin çəkiləcəyindən xəbər tutan C.Leta hətta buna mane olmaq üçün cəhd də edib. O, işçilərini şirkətlə əlaqə saxmalaq üçün təlimat verib. "Warner Bros." zəng etməyən işçisini isə yanından uzaqlaşdırıb. 

Məsələ ilə bağlı şirkət heç bir açıqlama verməyib.