Soçidə Ərdoğan və Putinin kritik görüşü BAŞ TUTACAQ
    • 22-10-2019, 10:30
    • 575

Soçidə Ərdoğan və Putinin kritik görüşü BAŞ TUTACAQ

Türkiyə və Rusiya liderlərinin, YPG-nin Suriyada etibarlı bölgə olaraq adlandırılan sahədən çıxması üçün verilən 120 saatlıq müddətin tamamlanacağı gündə Soçidə kritik görüş reallaşdıracaq.

News24.az xəbər verir ki, Türkiyə ilə ABŞ arasında imzalanan 13 maddəlik "Təhlükəsiz bölgə" razılaşması sonra baş tutacaq görüşdə prezident Rəcəb Tayyib Ərdoğanın terror təşkilatı YPG-nin Əsəd rejiminə verdiyi ərazidə "Təhlükəsiz bölgə" yaradmağı tələb edəcəyi gözlənilir. V.Putinin isə bu tələbə necə yanaşacağı maraqla gözlənilir.

Ərdoğan-Putin görüşü həm Suriyanın hərbi, həm də siyasi gələcəyi üçün vaxt və qətiyyət baxımından əhəmiyyətli olduğu bildirilib.