Peskov:
    • 23-10-2019, 13:30
    • 765

Peskov: "ABŞ kürdlərə xəyanət etdi"

“İllərlə aralarında olan ittifaqa baxmayaraq, ABŞ kürdləri türklərlə döyüşmək üçün təkbaşına qoydu”.

News24.az “İnterfaks”-a istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

D.Peskov son bir neçə ildir ki, ABŞ-ın kürdlərin ən yaxın müttəfiqi olduğunu bildirib:" Nəticədə ABŞ kürdləri tərk etdi və əslində onlara xəyanət etdi. İndi isə kürdləri sərhəddə qoyub az qala türklərə qarşı vuruşmağa məcbur edirlər".

D.Peskov ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefrinin kürdlərin Türkiyə ilə razılaşmalarda göstərilən əraziləri tərk edəcəyinə şübhə ilə yanaşmasına münasibət bildirib. D.Peskovun sözlərinə görə, silahlı kürd birləşmələri geri çəkilməsə, o zaman Suriya sərhədçiləri və Rusiya hərbi polisi geri çəkilməli olacaq. Mətbuat katibi əslində qalan kürd birləşmələrinin Türkiyə ordusunun zərbəsi altına düşəcəyini bildirib.