Cinsiyyətini dəyişən Selinin xınasında QALMAQAL - VİDEO

Cinsiyyətini dəyişən Selinin xınasında QALMAQAL - VİDEO
Dünya / ŞOU-BİZNES / Video

25 oktyabr 2019, 12:11

Mətn ölçüsü

Bir neçə gün öncə türkiyəli fenomen Selin Ciyercinin xına mərasimi baş tutub. Fenomen özəl gününün təşkilatçılığını xüsusi şirkətə həvalə edib. Lakin maraqlısı isə odur ki, şirkət qarşı tərəfdən heç bir madiyyat tələb etməyib, əksinə onlar Seline gecəyə görə 250.000 TL pul ödəyib. Təşkilatçıların tək şərti isə orada iştirak edən məşhurların sözügedən şirkəti şəxsi "İnstagram" profilində reklam etmələridir.

News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, gecəyə qatılan məşhurlar sırasında məşhur müğənni Demet Akalın da yer alıb. Sənətçi öncə sözügedən məclisdən görüntüləri paylaşsa da, sonradan hər birini silib. Demet Akalın təşkilatçıların istəyini öyrənəndən sonra xeyli qəzəblənib.

Qeyd edək ki, Selin Ciyerci futbolçu sevgisi ilə oktyabrın 28-də nikaha girəcək.

Sevda Bayramova

NEWS