Nazir "Çukur"u tənqid etdi: "Uşaqlarımızı zəhləyir" - VİDEO

Nazir "Çukur"u tənqid etdi:
Dünya

28 oktyabr 2019, 11:53

Mətn ölçüsü

"Lənətə gəlmiş "Çukur" adında serial var. Uşaqlarımızı zəhərləyir".

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu sözləri Daxili İşlər naziri Süleyman Soylu serialları tənqid edərkən deyib: “Hər bir qurumun öz tədbirləri və addımları var. "Çukur" adlı lənətə gəlmiş serial var. Onun qədər insanlara təsir edə bilmiriksə, çox heyif. Bir də "Adana sıfır bir" adlı serial var. Onların yaratdığını bacara bilmiriksə, o zaman yandıq. Universitet müəllimləri nə işə yarayır onu da bilmirəm. Bu seriallar insanları mədəniyyətimizdən uzaqlaşdırır". 

NEWS