Şahzadə ona yaraşıqlı deyən qıza BARMAĞINI GÖSTƏRDİ - VİDEO
    • 5-11-2019, 15:48
    • 871

Şahzadə ona yaraşıqlı deyən qıza BARMAĞINI GÖSTƏRDİ - VİDEO

İngilis kral taxtının 6-cı varisi şahzadə Harri, onu yaraşıqlı adlandıran gənc qıza qarşı etdiyi hərəkətlə gündəmə gəlib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, şahzadə Harri Yaponiyada keçirilən Regbi Dünya Kuboku finalında Tokio yollanıb. Həyat yoldaşı Megan Markle və oğlu Arçisiz Yaponiyaya səyahət edən Harrini ziyarət etdiyi məktəbdə gənc qızlar yaraşıqlı adlandırıb. Bu zaman şahzadə onlara barmağındakı üzüyü göstərərək zarafat edib.

Harrinin yumoristik davranışı sosial mediada geniş müzakirə edilib.