27 ildən sonra dünya rekordunu yenilədi

27 ildən sonra dünya rekordunu yenilədi Dünya

Keniyalı Olimpiya çempionu Emmanuel Vanonye 1000 metr məsafəyə qaçışda dünya rekordunu yeniləyib.

News24.az xəbər verir ki, idmançı bu məsafəni 2 dəqiqə 11,83 saniyəyə qət edib.

Əvvəlki rekord Vanonyenin həmvətəninə məxsus idi və 1999-cu ildən bəri yenilənmirdi (2.11,96). Vanonye 800 metr məsafəyə qaçışda Olimpiya və dünya çempionudur. 1000 metr məsafəyə qaçış isə Olimpiada və Dünya Çempionatının proqramına daxil deyil.