Pişik 1 yaşlı uşağı ÖLÜMDƏN XİLAS ETDİ - VİDEO
    • 8-11-2019, 12:39
    • 1 095

Pişik 1 yaşlı uşağı ÖLÜMDƏN XİLAS ETDİ - VİDEO

Ev pişiyi bir yaşlı körpəni ölümdən xilas edib.

News24.az
"Metro"-ya istinadən xəbər verir ki, hadisə Kolumbiyanın Boqota şəhərində baş verib. 27 yaşlı Diana Lorena Alvarez Samuel adlı bir yaşlı oğlunu yataqda qoyaraq evdən çıxıb. Ana evə qayıdanda uşağın yataqda deyil, yerdə süründüyünü görüb.

Qadın körpənin bunu necə bacardığını öyrənmək qərarına gəlib və video nəzarət kamerası qeydlərinə baxıb. Məlum olub ki, Qatubela adlı ev pişiyi uşağın həyatını xilas edib. Körpə birinci mərtəbəyə aparan dik pilləkənlərə tərəf gedərkən heyvan uşağın üstünə atıb. Pişik körpəni pilləkənlərdən yıxılmaqdan xilas edib.