Türkiyə DEAŞ terrorçularını ölkələrinə GERİ GÖNDƏRİR
    • 11-11-2019, 12:34
    • 695

Türkiyə DEAŞ terrorçularını ölkələrinə GERİ GÖNDƏRİR

Türkiyə Daxili İşlər Nazirliyinin sözçüsü İsmayıl Çataklı saxlanılan DEAŞ terrorçularının ölkələrinə geri göndərilməsinə başlanıldığını açıqlayıb.

News24.az "HaberTürk"ə istinadən xəbər verir ki, İ.Çataklı artıq istintaqı bitən ABŞ vətəndaşının Türkiyədən deportasiya olunduğunu bildirib. O, həmçinin 7 almaniyalı terrorçunun da 14 noyabr tarixində ölkələrinə təhvil veriləcəyini söyləyib. 

Qeyd edək ki, ötən həftə daxili işlər naziri Süleyman Soylu vətəndaşlıqdan çıxarılmalarına baxmayaraq, DEAŞ terrorçularının vətənlərinə göndəriləcəyini açıqlamışdı.