Parlamentin binası qarşısında çadırlar quruldu

Parlamentin binası qarşısında çadırlar quruldu
Dünya

15 noyabr 2019, 01:32

Mətn ölçüsü

Gürcüstanın paytaxtı Tbilisidə etirazçılar parlamentin binası qarşısında, Rustaveli prospektində çadırlar quraşdırıblar.


News24.az xəbər verir ki, aksiyaçılar növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı tələbləri yerinə yetirilməyənə qədər ərazini tərk etməyəcəklərini bildiriblər.


Aksiyada iki min nəfərə qədər insan iştirak edir.


Polis təhlükəsizlik tədbirlərini gücləndirib. Əraziyə təcili tibbi yardım avtomobilləri cəlb olunub.


Xatırladaq ki, hakim "Gürcü arzusu-demokratik Gürcüstan" partiyası növbəti seçkilərin (2020-ci il) proporsional sistemi üzrə keciriləcəyini və bununla əlaqədar Konstitusiya qanununa dəyişikliklər olunacağını vəd etmişdi. Lakin noyabrın 14-də keçirilən səsvermə zamanı hakim partiyanın bəzi üzvləri də daxil olmaqla, bir qrup deputat qanun layihəsinin əleyhinə səs verib və qanun qəbul olunmayib.