Xamenei benzinin bahalaşmasını DƏSTƏKLƏDİ
    • 17-11-2019, 16:20
    • 817

Xamenei benzinin bahalaşmasını DƏSTƏKLƏDİ

İranda benzinin satış qiymətlərinin bahalaşması ilə bağlı etiraz aksiyaları ölkənin bütün iri şəhərlərini bürüyüb.
Təbrizdə on minlərlə insanın qatıldığı etiraz aksiyası keçirilb. Polis həmin aksiyanı dağıdıb. Ölən və xəsarət alanların olduğu bildirilir.

News24.az İran KİV-lərinə istinadən xəbər verir ki, ölkə parlamenti situasiyanı müzakirə edib. Onlarla deputat qiymət artımı qərarının ləğvini istəyib.

Deputatlarla yanaşı bəzi nüfuzlu din xadimləri də ölkə prezidenti Həsən Ruhanidən qərarın ləğvini istəyiblər.

Qərar ləğv olunarsa, müavinətlər və maaşlar üçün əlavə maliyyə mənbəyi tapılmalıdır.

Bu mənbə olmadığından, qərar qüvvədə qalacaq.

Bu arada İranın ali dini lideri Əli Xamenei hökumətin benzinin bahalaşması barədə qərarını dəstəkləyib.

Əli Xamenei bununla bağlı açıqlamasında “qərar yerinə yetirilməlidir" deyib.

"Təbii ki, bəzi vətəndaşlar bu qərardan narahat olacaqlar və əziyyət çəkəcəklər” deyən . ali dini lider etiraz aksiyalarını pisləyib:

“Bu cür hadisələr hər cəmiyyətdə və ölkədə ən böyük fəlakət olacaq etibarsızlığı artıra bilər. Vətəni ilə maraqlanan ağıllı insanlar bunu etmirlər. Səlahiyyətlilər bu planın vətəndaşların həyatına mənfi təsir göstərməməsinə diqqət yetirməlidirlər"

Ayətullah Əli Xamnei onu da vurğulayıb ki, benzininin artması digər məhsulların qiymətinin artmasına səbəb olmamalıdır.

İslam İnqilabının lideri İran xalqına müraciət edərək bildirib ki, həmişə həssaslıqla və ehtiyatla hərəkət edən insanlar fitnəkarlardan uzaq olmalıdırlar.