İran benzinin bahalaşmasına görə 5 dollar TƏZMİNAT ÖDƏYƏCƏK
    • 18-11-2019, 14:40
    • 781

İran benzinin bahalaşmasına görə 5 dollar TƏZMİNAT ÖDƏYƏCƏK

İranda benzinin bahalaşmasına görə ailələrə təzminat ödəniləcək.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, təzminatı əsasən yaşayış səviyyəsi aşağı olan ailələr ala biləcək. Məlumata görə, təxminən 19 milyon ailə subsidiya alacaq. Ödənişlərin miqdarı ailə üzvlərinin sayından asılı olacaq.

Hökümətin planına görə, İran ailələri 0,55 milyon riyaldan (5 dollar) 2,05 milyon riyala (18 dollar) alacaqlar. Vətəndaşlar bu həftə ərzində üç mərhələdə pul alacaqlar. Gələcəkdə bu ödənişlərin aylıq olacağı ehtimal edilir.

İran prezidenti Həsən Ruhani bazar günü benzin qiymətlərinin artmasından əziyyət çəkənlərə maddi yardım etmək niyyətində olduğunu açıqlayıb.

Onun bu açıqlaması ölkənin bəzi şəhərlərindəki etirazlar zamanı səslənib.