Dünyanın ən yaxşı pasportları açıqlandı Azərbaycan 100-lüyə düşmədi
    • 20-11-2019, 20:56
    • 963

Dünyanın ən yaxşı pasportları açıqlandı Azərbaycan 100-lüyə düşmədi

“Quality of Nationality İndex” dünyanın ən yaxşı pasportlarının reytinq cədvəlini açıqlayıb.

News24.az xəbər verir ki, Fransa pasportu artıq 8-ci ildir liderliyini qoruyub saxlayır (83,5%).

İkinci yeri 82,8% səslə Almaniya, üçüncü yeri 81,?% səslə Danimarka tutub. Dördüncü yeri İsveç və Norveç (81,5%), beşinci yeri 81,4% səslə İslandiya bölüşüb.

İlk onluğa Finlandiya, İtaliya, ABŞ, İrlandiya və İspaniya daxil olub.

Cənubi Qafqaz ölkələrindən Azərbaycan 105-ci, Ermənistan 98-ci, Gürcüstan 77-ci yerdə qərarlaşıb.

Türkiyə isə 76-cı yerdə olub.
 (qafqazinfo)