Polis parlament binasına GİRİŞİ BAĞLADI
    • 28-11-2019, 11:58
    • 676

Polis parlament binasına GİRİŞİ BAĞLADI

Gürcüstan patrul polisi əməkdaşları etirazçıların parlament binası yaxınlığında bir daha etiraz aksiyaları keçirməmək üçün dəmir konstruksiyalar yerləşdiriblər.

News24.az "RİA"ya istinadən xəbər verir ki, eyni zamanda parlamentə yaxın küçələrdə polis əməkdaşları canlı sərhəd qurublar. Bu barədə müxalifət lideri Gia Baramidze məlumat yayıb: "Hakimiyyət orqanlarını özlərini əngəllədiyinə görə təbrik etmək istəyirəm. Bu nə biabırçılıqdır? Gürcüstanın paytaxtındakı Berlin divarı budur?"

Qeyd edək ki, Parlament seçki sistemi vasitəsilə konstitusiya dəyişikliklərini qəbul edə bilmədikdən sonra müxalifətçilər etiraz etməyə başlayıblar. Cümə axşamı səhər müxalifət partiyalarının və QHT-lərin fəalları yenidən Rustaveli prospektində Gürcüstan parlamentinin qarşısına toplaşaraq binanı yenidən mühasirəyə alıblar. Bundan əvvəl Tbilisidə piket cəhdləri xüsusi təyinatlılar tərəfindən dağıdılması ilə başa çatıb.