İran universitetlərində iğtişaşlar yaratmaq istəyən dəstə SAXLANILDI

İran universitetlərində iğtişaşlar yaratmaq istəyən dəstə SAXLANILDI
Dünya / HADİSƏ

03 dekabr 2019, 16:19

Mətn ölçüsü

İran hakimiyyəti bu həftə universitetlərdə iğtişaşlar təşkil etməyi planlaşdıran bir qrup şəxsi saxlayıb.

News24.az xəbər verir ki, bu barədə İran İnformasiya Nazirliyinin (Xüsusi Xidmətlər) saytında qeyd edilib. Nazirlikdən verilən məlumata görə, "inqilab əleyhinə" qruplaşmalardan birinin üzvləri 7 dekabr tarixində Tehranda və digər şəhərlərdə bir sıra universitetlərdə İran tələbə günü münasibətilə iğtişaşlar planlaşdırıblar. Onlar İranda qaz qiymətlərinin artması ilə əlaqədar etiraz aksiyaları zamanı tələbələri küçələrə çıxartmağı qarşılarına məqsəd qoyublar.

Noyabrın ortalarında İranda hakimiyyət orqanlarının qazın qiymətini qaldırması və bunun üçün kvotalar tətbiq etmək qərarına etiraz olaraq etiraz aksiyaları keçirilib. Prezident Həsən Ruhani, iğtişaşların ABŞ və İsrail tərəfindən təşkil olunduğunu və məqsədinin İranın təhlükəsizliyini pozmaq olduğunu söyləyib.