29 yaşlı bloqer silahlı şəxslər tərəfindən qaçırıldı
Dünya
Kolumbiyada 29 yaşlı bolqer Zulandy Mambuskaya silahlı şəxslər hücum edərək qaçırıb.
News24.az xəbər verir ki, hadisə iyulun 11-i axşam saatlarında Kauka ərazisində baş verib.
Məlumata görə, bloqçu sevgilisi ilə restoranda olarkən dörd silahlı şəxs məkana basqın edib və onu zorla avtomobilə mindirib naməlum istiqamətdə aparıblar. Hadisə zamanı Mambuskanın sevgilisi hücumun qarşısını almağa çalışsa da, silahlılar ona atəş açıblar. O, aldığı güllə yarasından ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hazırda hüquq-mühafizə orqanları bloqçunun yerinin müəyyənləşdirilməsi və hücumu törədən şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.