Altun: “Türkiyənin sərhədləri NATO-nun sərhədləridir”
    • 5-12-2019, 15:39
    • 899

Altun: “Türkiyənin sərhədləri NATO-nun sərhədləridir”

“Təkrar edirik, Türkiyənin sərhədləri NATO-nun sərhədləridir”.

News24.az xəbər verir ki, bu sözləri, Türkiyə Prezident Administrasiyasının İçtimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Londonda təşkil edilən NATO Zirvəsindən sonra “twitter” səhifəsindəki paylaşımında qeyd edib.

F.Altun “Birdən çox beynəlxalq terror qrupu tərəfindən qarşı-qarşıya olduğumuz təhdidlər NATO-ya qarşı da təhdid hesab edilməlidir. Bər terror təşkilatının tanınması kimi sadə bir məsələdə eyni tərəfdə olmalıyıq.

Bəzi müttəfiqlərimiz uşaqlara silah verən, etnik təmizləmə həyata keçirən, sivilləri yurdlarını tərk etməyə məcbur edən bir terror təşkilatına dəstək verərək onun təbliğatını aparıb və legitimləşdirib.

PKK/YPG olduğu kimi, yəni cinayətkar bir terror təşkilatı, regional və beynəlxalq təhlükəsizlik üçün bir təhdid kimi qəbul edilməlidir. Sülh Çeşməsi əməliyyatımız nəticəsində 400 minə yaxın suriyalı ölkəsinə qayıdıb. Hərbi əməliyyatlarımız təkcə terrorla mübarizə məqsədi daşımır, eyni zamanda suriyalıların təhlükəsiz bir şəkildə geri qayıtması üçün şərait yaradır və bölgədə təhlükəsizliyi təmin edir”, - deyə bildirib.