Putin və Zelensikinin görüşəcəyi RƏSMƏN TƏSDİQLƏNDİ
    • 6-12-2019, 16:01
    • 1 222

Putin və Zelensikinin görüşəcəyi RƏSMƏN TƏSDİQLƏNDİ

Rusiya prezidenti Vladimir Putin və ukraynalı həmkarı Vladimir Zelensikinin görüşü rəsmən təsdiqlənib.

News24.az "TASS"-a istinadən xəbər verir ki, liderlərin görüşü "Normand formatı" çərçivəsində baş tutacaq. Bu barədə Dmitri Peskov məlumat verib. 

O həmçinin bildirib ki, V.Putin dekabrın 9-da "Norman" sammiti zamanı Vladimir Zelenski ilə Parisdə ayrıca görüş keçirmək qərarına gəlib. D.Peskov, həmçinin Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel ilə üz-üzə görüşlər keçiriləcəyini açıqlayı.