Rusiyaya 4 illik qadağa - BEYNƏLXALQ YARIŞLARA QATILA BİLMƏYƏCƏK
    • 9-12-2019, 15:28
    • 818

Rusiyaya 4 illik qadağa - BEYNƏLXALQ YARIŞLARA QATILA BİLMƏYƏCƏK

Rusiya 4 il ərzində beynəlxalq idman yarışlarına qatıla bilməyəcək.

News24.az "RİA"ya istinadən xəbər verir ki, Rusiyaya yarışmalara da ev sahibliyi etmək də qadağan edilib. Bu barəəd qərar Ümumdünya Antidopinq Agentliyinin İcraiyyə Komitəsi (WADA) qəbul edib. 

Qeyd olunub ki, yalnız neytral statusa malik və "təmiz" olduğunu sübut edən idmançılar qatıla bilərlər. Rusiya yığması ölkələrinin bayrağı altında çıxış edə bilməzlər. 

İcraiyyə komitəsinin bütün üzvlərini daxil olmaqla Milli Olimpiya Komitəsinin rəhbərliyinə dörd il ərzində böyük turnirlərdə iştirak etmək qadağan edilib. 

Qeyd edək ki, 2015-ci ilin noyabr ayında Ümumdünya Antidopinq Agentliyinin İcraiyyə Komitəsi Rusiyanı çoxsaylı antidopinq qaydalarını pozmaqda günahlandırıb və Moskva antidopinq laboratoriyasının işini dayandırıb. Həmçinin Rusiya Antidopinq Agentliyinin təşkilatın kodeksinə uyğun gəlməməsi barədə qərar verib.

2016-cı ildə Riçard McLarenin Rusiya idmanında dopinqlə bağlı məruzəsinin iki hissəsi yayımlanıb. İcraiyyə Komitəsi 2018-ci ilin sentyabr ayında Rusiya Antidopinq Agentliyinin statusunu bərpa edib.

Sentyabr ayında Ümumdünya Antidopinq Agentliyinin İcraiyyə Komitəsi Moskva antidopinq laboratoriyasının məlumatlar ilə mümkün manipulyasiya etmə ehtimalına görə Ümumdünya Antidopinq Kodeksinə uyğunluq statusundan məhrum edilməsi proseduruna başlayıb.