Bu ölkədə də parlament buraxıldı - NÖVBƏDƏNKƏNAR SEÇKİLƏR OLACAQ
    • 12-12-2019, 11:01
    • 614

Bu ölkədə də parlament buraxıldı - NÖVBƏDƏNKƏNAR SEÇKİLƏR OLACAQ

İsrail Parlamentinin (Knesset) buraxılması ilə bağlı qərar qəbul edilib. 

News24.az "Reuters"ə istinadən xəbər verir ki, növbədənkənar parlament seçkilərinin 2 mart 2020-ci ildə keçirilməsinə qərar verilib.

Qeyd olunub ki, parlament Baş nazir Benyamin Netanyahu və onun əsas rəqibi Beni Ganzın yeni koalisiya hökumətini yarada bilməməsindən sonra seçkilər keçirməyə qərar verib.

Knessetdə indiki 94 deputatın hamısı seçki tarixini təsdiq edən qanunun lehinə səs veriblər.