"Qanunvericilik çərçivəsində təcrübələrimizi bir-birimizlə bölüşməliyik" - İlham Rəhimov - VİDEO
    • 14-12-2019, 16:36
    • 898

"Qanunvericilik çərçivəsində təcrübələrimizi bir-birimizlə bölüşməliyik" - İlham Rəhimov - VİDEO

Rusiyanın paytaxtı Moskva şəhərində Qara dəniz-Xəzər regionu ölkələrinin Hüquqşünaslar Asossiasiyasının təşəbbüsü ilə "Qlobal tranformasiya dövründəki müasir dövlətlər" adı altında beynəlxalq konfrans keçirilib. 

News24.az "Rossiya 24" kanalına istinadən xəbər verir ki, konfransda Rusiya Federasiyası Prokurorluğunun İstintaq Komitəsinin rəhbəri Aleksandr Bıstrıkin konfransda "Vəkillərin qanunların mahiyyətinə qayıtmaq vaxtı gəlib çatıb" çağırışı ilə çıxış edib: "Əminəm ki, son zamanlar qanunlara çox diqqət ayrılır. Lakin gündəlik məsələlər yeni yanaşma metodu tələb edir". 

Konfransı sözügedən telekanalın "Vesti" proqramına şərh edən Qara dəniz-Xəzər regionu ölkələrinin Hüquqşünaslar Asossiasiyasının prezidenti İlham Rəhimov bildirib ki, hazırda bu və bütün ölkələr arasında çox problemlər yaranır.

İlham Rəhimov görüşün əsas səbəbinin bu ölkələrin hüquq icması arasında münasibətləri möhkəmləndirmək olduğunu əlavə edib: "Bir ölkənin digər ölkə vətəndaşına həmin ölkənin qanunvericiliyi çərçivəsində hüquqi kömək göstərmək zərurəti yaranır. İndi də bildiyiniz kimi ölkələrin qanunları dinamik şəkildə dəyişir. Biz bu qanunvericilik çərçivəsində təcrübələrimizi bir-birimizlə bölüşməliyik".