Kömür mədənində faciə - 14 NƏFƏR ÖLDÜ
    • 17-12-2019, 10:44
    • 660

Kömür mədənində faciə - 14 NƏFƏR ÖLDÜ

Çinin Guizhou əyalətindəki kömür mədənində qaz sızması nəticəsində ən azı 14 mədənçi ölüb, daha iki nəfər yerin altında köməksiz vəziyyətdə qalıb.

News24.az xəbər verir ki, bu barədə "Sinhua" xəbər agentliyi məlumat yayıb. Hadisənin çərşənbə axşamı gecə Anlu County bölgəsində meydana gəldiyi qeyd olunub. İlkin məlumatlara görə, hadisə baş verən zaman 23 nəfər mədəndə olub, onlardan 7 nəfər xilas olmağı bacarıb.

Hadisə yerinə yerli hökumət və təcili yardım xidmətinin nümayəndələri gəlib. Qəzanın səbəbləri ilə əlaqədar araşdırma aparılır.