3 yaşlı qız bacısını öldürdü - Bu ölkədə

3 yaşlı qız bacısını öldürdü - Bu ölkədə Dünya

ABŞ-də 3 yaşlı qız atasının tapançası ilə 2 yaşlı bacısına atəş açıb.

News24.az xəbər verir ki, 26 yaşlı iki qızın atası Maykl Teheda hadisə zamanı uşaqlarla birgə - evdə olub.

O, tapançanı koburadan çıxarıb kaminin üzərinə qoyub və sonra paltar dəyişmək üçün başqa otağa keçib.

Onun 3 yaşlı qızı silahı götürüb və təsadüfən kiçik bacısı Maylaya baş nahiyəsindən atəş açıb.

Yaralanan 2 yaşlı qızı xilas etmək mümkün olmayıb.

Qızların atası saxlanılıb və dindirilib.

O, böyük qızının silaha marağını bildiyini və silahı nəzarətsiz qoymamalı olduğunu etiraf edib. Maykl Teheda ilə bağlı hökm 9 iyulda elan olunacaq. / The Wichita Eagle/