Ermənistanda uşaq alveri - 30 körpə qanusuz olaraq...

Ermənistanda uşaq alveri - 30 körpə qanusuz olaraq...
Dünya

20 dekabr 2019, 14:26

Mətn ölçüsü

Noyabrın 14-də Ermənistanın Milli Təhlükəsizlik Xidməti 30-dan çox erməni uşağının qanunsuz olaraq İtaliya vətəndaşlarına övladlığa verildiyi açıqlayıb. 

News24.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ilkin istintaq çərçivəsində Respublika Doğum Xəstəxanasının direktoru Razmik Abrahamyana qarşı uşağın ata-anasından qanunsuz ayrılması və ya iki və daha çox uşağın bir qrup şəxs tərəfindən əvvəlcədən planlaşdırılaraq dəyişdirilməsi, habelə sənədlərin saxtalaşdırılması və təmizlənməsi maddələri ilə bağlı bir sıra ittiham irəli sürülüb və sübutlar aşkar edilib.

Digər 43 yaşlı bir vətəndaş, Abrahamyan Arşak Jerjeryan, iki və daha çox uşağın valideynlərindən bir qrup şəxs tərəfindən əvvəlcədən sui-qəsddə onların razılığı olmadan ayrılması maddələri ilə ittiham edilib.

Müstəntiqlər siyahıda adı çəkilən şəxslərə qarşı həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə müraciət ediblər.

İş materiallarına görə, 2009-cu ildə qanunsuz hərəkətlərə yol verən şəxslər vətəndaşların valideyn hüquqlarından imtina etmələri və övladlığa götürməyə razılıq verdikləri barədə yazılı ifadələrindən istifadə ediblər. Lakin istintaq zamanı valideynlərdən biri heç bir açıqlama yazmadığını və uşağından imtina etmədiyini bildirib. İş materiallarına görə, Razmik Abrahamyan və dəstəsi qanunsuz olaraq yeni doğulmuş uşaqları valideynlərin əllərindən alıblar. Eyni zamanda, valideynlərə, uşaqların doğuş zamanı öldükləri deyildiyi iddia edilib.