"Starbucks"-a hücum - Qəhvəxana dağıdıldı
    • 25-12-2019, 09:41
    • 808

"Starbucks"-a hücum - Qəhvəxana dağıdıldı

Honq Konqda yüzlərlə etirazçı Katolik Milad ərəfəsində şəhərin bir neçə bölgəsindəki böyük ticarət mərkəzlərində icazəsiz mitinqlər keçirib.

News24.az xəbər verir ki, bu barədə  "The Guardian" məlumat yayıb. Nümayişçilərlə polis işçiləri arasında qarşıdurma yaranıb.

100-ə yaxın etirazçı "Mira Place"-də "Starbucks" qəhvəxanasını dağıdıblar. Buna səbəb "Maxim's Caterers" şirkətinin qurucusunun qızının, BMT İnsan Haqları Şurasında etirazçıları qınaması olub.