Gürcüstanda iki nəfər “donuz qripi”ndən öldü
    • 26-12-2019, 19:46
    • 856

Gürcüstanda iki nəfər “donuz qripi”ndən öldü

Gürcüstanda qrip virusu yayılmaqda davam edir. Artıq iki nəfər Gürcüstanda H1N1 virusundan (donuz qripi) dünyasını dəyişib.
News24.az xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze məlumat verib.
Həmin iki nəfərin ölümünə məhz H1N1 virusunun səbəb olduğu laborator yoxlamalarla təsdiq olunub.
Onun sözlərinə görə, hazırda ölkədə A və B tipli qrip virusu yayılıb. Amma, qripə yoluxma halları illik müqayisədə azdır (Azərtac).
Qeyd edək ki, ötən ilin yanvar-dekabr aylarında Gürcüstanda H1N1 virusu geniş yayılmışdı.
Bu virusdan ötən il 22 nəfər dünyasını dəyişib.