Azərindən Türkiyənin məşhur şou aparıcısına SƏRT REAKSİYA  - VİDEO
    • 2-01-2020, 13:08
    • 711

Azərindən Türkiyənin məşhur şou aparıcısına SƏRT REAKSİYA - VİDEO

Türkiyədə kifayət qədər tanınan müğənni Azərin qonaq olduğu Okan Bayülgenin "Muhabbet Kralı" verilişində qəzəblənib.

News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb verilişdə Bayülgenin "Azəri türkcəsi" deməsi olub. Hövsələdən çıxan Azərin aparıcının sözlərinə düzəliş edib: "Azəri deməyin, Azərbaycan türkcəsi deyin. Bu siyasi bir şəcərədir. Başqa sözlə, siyasi qüvvələrin bizi idarə və bölmək üçün istifadə etdiyi bir üsuldur. Bir ağacın budaqlarını düşünün: Qazax, qırğız, özbək, azərbaycan və türkmən... Hindlilərin də dilində bir çox türk sözləri var. Dünya siyasəti bizi bir-birimizdən ayırdığı üçün coğrafiyamızın adını daşıyırdıq. Azərbaycan xalqı azərbaycanlıdır, amma azəri sözü ilə heç bir əlaqəmiz yoxdur. Biz türkük, dilimiz də türk dilidir".

Qeyd edək ki, verilişdə yaşanan bu olay Türkiyənin bir çox media orqanlarında işıqlandırılıb. Həmyerlimizin vətəninə qarşı göstərdiyi həssaslıq alqışlanıb. /publika.az/