Süleymaninin dəfnində faciə - ÖLÜ SAYI ARTDI- VİDEO - YENİLƏNDİ
    • 7-01-2020, 16:30
    • 3 808

Süleymaninin dəfnində faciə - ÖLÜ SAYI ARTDI- VİDEO - YENİLƏNDİ

İran generalı Qasım Süleymaninin dəfn mərasimi zamanı ölən və yaralananların sayı artıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, izdiham zamanı ölənlərin sayı 40-a, yaralıların isə 213-ə çatıb. 

***13:50

ABŞ tərəfindən öldürülən İran generalı Qasım Süleymaninin məmləkəti Kirmanda baş tutan vida mərasimində faciə yaşanıb. 

News24.az "Haber Global"a istinadən xəbər verir ki, bu gün dəfn ediləcək Süleymani üçün, erkən saatlardan izdiham küçə və meydanlara axışıb.

İran dövlət televiziyasında verilən məlumata görə, cənazə zamanı 35 adamın öldüyü, 48 nəfərin isə yaralandığı adamın da yaralandığı bildirilib.