Xameneyi ilk dəfə danışdı:
    • 8-01-2020, 12:25
    • 621

Xameneyi ilk dəfə danışdı: "Böyük dəyişikliklər olacaq"

Qasım Süleymanın ölümündən sonra İran qisas almaq məqsədi ilə ABŞ-ın İraqdakı bazasına raket zərbələri endirilib.

News24.az xəbər verir ki, generalın ölümündən sonra ilk dəfə danışan İranın Ali dini lideri Ayətulla Xameneyi bu addımı ABŞ-a şillə vurulması kimi qiymətləndirib.

Dini lideri Xameney həmçinin "dünyanın gedişatı təsirləndi, böyük dəyişikliklər olacaq" deyib. Xameney, həmçinin qeyd edib ki, Tehranın hərəkətləri İran inqilabının canlı olduğunu göstərir. Bundan əlavə, Ayətullah ABŞ-ı İranın düşməni adlandırıb.