İranda yenidən matəm elan edildi
    • 8-01-2020, 21:58
    • 936

İranda yenidən matəm elan edildi

İran hökuməti təyyarə qəzası qurbanlarının və Qasım Süleymaninin dəfn mərasimində ölənlərin xatirəsinə yanvarın 9-nu ölkədə matəm elan edib.
News24.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə hökumət rəsmisi Əli Rəbieyi bildirib.
Xatırladaq ki, yanvarın 8-də İmam Xomeyni adına hava limanında Tehrandan Kiyevə uçan Ukraynanın “Boeing -737” təyyarəsinin düşməsi nəticəsində 167 nəfər sərnişin, 9 ekipaj üzvü həlak olub.
Süleymaninin dəfn mərasimində isə 78 nəfər dünyasını dəyişib.