Avstraliyadakı meşə yanğınlarında 1 MİLYARDDAN ÇOX HEYVAN ÖLDÜ
    • 9-01-2020, 09:36
    • 1 492

Avstraliyadakı meşə yanğınlarında 1 MİLYARDDAN ÇOX HEYVAN ÖLDÜ

Avstraliyada davam edən meşə yanğınları nəticəsində bir milyarddan çox heyvan ölüb.

News24.az xəbər verir ki, bu barədə Sidney Universitetinin apardıığı araşdırmalardan sonra yaydığı məlumatda qeyd olunub.

Professor Kris Dikman, Yeni Cənubi Uels əyalətində 800 milyondan çox heyvanın yanğınların qurbanı olduğunu və ölkədə ölən heyvanların sayının bir milyard həddini aşdığını açıqlayıb.

Dikman tərəfindən verilən rəqəmlər 2007-ci ildə Dünya Vəhşi Təbiət Fondunun (WWF) Avstraliya ərazisinin təmizlənməsinin Avstraliya vəhşi təbiətinə təsiri barədə hesabatına əsaslanır.

Tədqiqat müəllifləri bu rəqəmlərdən istifadə edərək Yeni Cənubi Uelsdə məməlilərin, quşların və sürünənlərin orta populyasiya sıxlığını müəyyənləşdiriblər və sonra sıxlıq hesablamalarını bitki ərazisinə vurublar.


Tədqiqatı aparan elm adamları konservativ qiymətləndirmələrdən istifadə ediblər. Buna görə ölü heyvanların sayı çox ola bilər.

Qeyd edək ki, Avstraliyada təbii yanğınlar nəticəsində milyonlarla hektar ərazi yanıb, son aylar ərzində 17 nəfər ölüb, minlərlə ev dağılıb.