Abxaziyada vəziyyət gərginləşir - PARLAMENT PREZİDENTİ İSTEFAYA ÇAĞIRDI
    • 10-01-2020, 10:04
    • 796

Abxaziyada vəziyyət gərginləşir - PARLAMENT PREZİDENTİ İSTEFAYA ÇAĞIRDI

Abxaziya parlamenti fövqəladə iclasda ölkədə vəziyyətin sabitləşməsi üçün prezidenti vəzifəsindən istefaya çağıran müraciəti qəbul edib.

News24.az "İnterfaks"-a istinadən xəbər verir ki, 19 deputat qərarın "lehinə", dörd nəfər "əleyhinə", 1 nəfər isə bitərəf qalıb.

Prezindet Raul Xacimba parlamentin könüllü istefası ilə bağlı müraciətini rədd edib və bütün məsələlərin danışıqlar masasında müzakirə edilməsini zəruri olduğunu bildirib. Prezidentin mətbuat xidmətindən verilən açıqlamada vurğulanıb ki, parlamentin qərarı ölkə üçün geri dönməz nəticələrə səbəb ola bilər.

Xatırladaq ki, cümə axşamı Suxumidə respublika prezidentinin yeni seçkilərinin bağışlanmasını tələb edən müxalifət tərəfdarlarının mitinqi başlayıb.

Etirazçılar axşam saatlarında administrasiya binasına basqın etməyə çalışıblar və binaya girişi bağlayıblar.