Tehranın əhalisindən təyyarə qəzasına ETİRAZ -FOTOLAR
    • 12-01-2020, 00:09
    • 778

Tehranın əhalisindən təyyarə qəzasına ETİRAZ -FOTOLAR

İran lideri Əli Xamenei Ukrayna Hava Yollarına aid “Boeing 737” təyyarəsinin səhvən vurulmasını etiraf etdikdən sonra yazılı açıqlama ilə çıxış etmişdi. O, hadisədən dərin üzüntü yaşadığını bildirmişdi.


News24.az xəbər verir ki, İran rəsmiləri ayrı-ayrılıqda baş verənlərin araşdırılacağına və bundan sonra oxşar hadisələrin baş verməyəcəyinə söz veriblər.


Bu gün Tehranda qəza nəticəsində həyatını itirənlərin xatirəsinə ehtiram nümayiş etdirmək üçün xalq küçələrə çıxıb. Nəticədə anım mərasimi rejimə qarşı etiraz aksiyasına çevrilib.